Akademik Tədqiqat təlimləri fəlsəfə doktoru namizədlərinə və gənc tədqiqatçılara Tədqiqat Metodlarını, Akademik Yazı və Kəmiyyət Analizi bacarıqlarını təkmilləşdirməyə kömək edir.
Aprelin 4-dən 27-dək Azərbaycan Respublikası Təhsil İnstitutunun fəlsəfə doktorları və gənc tədqiqatçılardan ibarət iki qrupu üçün “Tədqiqat Metodları” üzrə birinci modul keçirilmişdir. Bu təlimi uğurla başa vuran iştirakçılara sertifikat təqdim olunub.