Haqqımızda


“Optimal Solutions” LLC 2017-ci ilin Iyul ayında əsası qoyulmuş konsaltinq şirkətidir. Biz firmaların və dövlət qurumlarının fəaliyyətini təhlil edirik,mövcud boşluqları və ya problemləri müəyyən edirik (əgər varsa),bu boşluqları aradan qaldırmaq üçün optimal həlli dizayn edir, bu həllərin həyata keçirilməsində onlara kömək edir, və nəhayət həllimizin həyata keçirilməsində davamlı dəstək veririk.

Biz Azərbaycan Dəmir yolları, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Cybernet MMC, Nexia EA və bir çox başqa qurumlar üçün müxtəlif layihələr həyata keçirmişik. Konsaltinq işimiz haqda ətraflı məlumatı burada tapa bilərsiniz www.optimalsolutions.az

Müxtəlif şirkətlər və dövlət qurumları ilə işləyərkən anladıq ki,data alimlərinə böyük ehtiyac və tələbat var. Buna əsaslanaraq biz 2022-ci ilin Yanvar ayında üç əsas istiqamətə yönəlmiş Təlim Mərkəzimizi istifadəyə verdik.

  • Data Analitikası təlimləri Data Science Təlimləri: Əsas məqsədimiz data elmləri üzrə mütəxəssislər və məlumat analitikləri hazırlamaqdır. Python,R,Stata,SPSS,Eviews v’ başqaları kimi müxtəlif verilənlərin təhlili və analitika alətləri və həmçinin Power BI və Tableau kimi məlumatların vizuallaşdırılması üzrə təlimlərimiz var.


  • Akademik təlimlər: Burada məqsədimiz PhD namizədlərinə və gənc tədqiqatçılara indekslənmiş beynəlxalq jurnalların tələb etdiyi standartlara uyğun yaxşı akademik məqalələr yazmaqda kömək etməkdir.Buna əsaslanaraq biz tədqiqat metodları, akademik yazı və kəmiyyət təhlili ilə bağlı təlimlər veririk.

  • Universitetə Qəbul Hazırlıqları: Məlumat elmi və kəmiyyət metodları üzrə güclü pedaqoq komandamız olduğundan, biz dı məzunlarımıza xaricdə ali təhsil almaqda kömək etmək istəyirik.Buna əsaslanaraq biz yüksək və aşağı səviyyədə SAT riyaziyyatı, İB iqtisadiyyatı və riyaziyyatı, GRE və GMAT kəmiyyət əsaslandırması üçün müxtəlif qrup hazırlıqlarını təqdim edirik.